“Mançester Yunayted” futbolçusunu “Beşiktaş”a icarəyə verdi
11.06.2011 - 15:10
“Mançester Yunayted” futbolçusunu “Beşiktaş”a icarəyə verdi
Türkiyənin “Beşiktaş” klubu “Mançester Yunayted”dən futbolçu transfer edib. Apasport.az saytının məlumatına görə, İngiltərənin son çempionunun heyətində lazımı oyun praktikası qazanmayan portuqaliyalı hücumçu Bebe icarə əsasında “Qara Qartallar”a keçəcək. Bu, gələn həftə rəsmən elan ediləcək.

“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Aleks Ferqyuson Bebenin bacarığına yenə də inanır. Sadəcə, şotlandiyalı mütəxəssis 20 yaşlı legionerin Türkiyə Superliqasında özünü göstərərək, lazım oyun təcrübəsi yığmasını məqsədəuyğun sayıb.

Qeyd edək ki, “Beşiktaş” ötən mövsüm bir sıra portuqaliyalı futbolçuları heyətinə cəlb edib.