Leysan “Qarabağ”ın məşqini gecikdirdi
11.06.2011 - 15:35
Azərbaycanı Avroliqada təmsil edəcək “Qarabağ” klubu Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, hər gün 2 məşq keçən Ağdam təmsilçisi hazırlığı intensivləşdirir. Fiziki gücün artırılmasına hesablanan çalışmalarda futbolçuların əzmli olması diqqət çəkir.
Dünən axşamkı çalışma 17:00-a planlaşdırılsa da, yarım saat gec baş tutub. Bu da “Qarabağ”ın təlim-məşq toplanışında olduğu Qızılcahamamda ənənəvi şiddətli leysanın komandanın avtobusunun 30 dəqiqə gec hərəkət etməsinə səbəb olması ilə əlaqədardır. Yalnız yağış səngidikdən sonra “Qarabağ” məşq edəcəyi meydançaya yollana bilib. Çalışma təxminən 90 dəqiqə davam edib. Öncə ikili qruplarda “kvadrat” oynayan futbolçular ardınca meydan boyu fərqli toplu çalışmalar yerinə yetiriblər.
Bu gün səhər çalışması yerli vaxtla 10:30-da baş tutub. Yenə ilk olaraq “kvadrat” oynayan “Qarabağ”ın futbolçuları ardınca müəyyən koordinasiya hərəkətləri yerinə yetiriblər. Ardınca müəyyənləşdirilmiş maneələri dəf edərək qapılara zərbə üzərində işlənilib.
Qeyd edək ki, komandanın 2-ci məşqi 17:15-ə nəzərdə tutulub.
Mənbə: qarabagh.com

0
0