FİFA-dan Türkiyə klubuna şok cəza
11.06.2011 - 16:11
FİFA-dan Türkiyə klubuna şok cəza
FİFA Türkiyə Superliqasında mübarizə aparan “Ankaragücü” klubuna şok cəza kəsib. Apasport.az saytının məlumatına görə, 101 illik tarixi olan paytaxt təmsilçisi 7 milyon türk lirəsi cərimə ödəməlidir.

Bu da “Ankaragücü”nun ingilis futbolçusu Darius Vasselin FİFA-ya şikayətindən sonra çıxarılan qərardır. Ahmet Gökçək prezident postuna keçəndən sonra tez-tez meydandan kənar problemlərlə gündəmə gələn klub bu dəfə aldığı xəbərə daha çox sarsılıb.

Ötən mövsüm “Ankaragücü”nun formasını geyinən, ancaq Ankaradan üzgün ayrılan Vassel maaşına ala bilmədiyi üçün FİFA-ya şikayət etmişdi. Qurum uzun sürən araşdırma nəticəsində hücumçunu haqlı çıxarıb.

FİFA digər şikayətlərə də baxaraq, məsələ ilə bağlı qərar qəbul edib. Buna əsasən “Ankaragücü”nə Vasselə borc ödənilməyənə kimi futbolçu transfer etməyə qadağa qoyulub.