Pele Rodriqinyonun komanda yoldaşını Messidən güclü saydı
11.06.2011 - 16:38
“Futbol kralı” Pele maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, Braziliya yığmasının heyətində 3 dəfə dünya çempionu olan əfsanəvi futbolçu Neymarın perspektivini dəyərləndirib.
Pele Avropanın bir sıra güclü klublarının transferi uğrunda mübarizə apardığı “Santos”un gənc hücumçusunu son 2 ildə dünyanın ən yaxşı futbolçusu seçilən Lionel Messidən də üstün tutub.
Karyerasının böyük hissəsini məhz “Santos”da keçirən 71 yaşlı əfsanənin fikrincə, böyük perspektiv vəd edən Neymarın hətta Messidən də üstünlüyü var: “Neymar həm sağ, həm də sol ayağı ilə əla oynayır. Hətta Messidə belə alınmır. O, daha çox sol ayağı ilə yaxşı oynayır. İndi hamı gözləyir ki, Neymar gələcəkdə dahi futbolçu olacaq. Bir də onu istərdim ki, Neymarı “Santos”da yalnız sol cinah hücumçunu kimi oynatmaqla, yetərli saymasınlar. Belə futbolçu meydanın bütün sahələrində oynamalıdır”.
Qeyd edək ki, “Neftçi”nin qış fasiləsində “Santos”dan transfer etdiyi yarımmüdafiəçi Rodriqinyo Neymarla xeyli müddət komanda yoldaşı olub.

0
0