“AFFA-ya təşəkkür edirəm”
12.06.2011 - 11:02
“AFFA-ya təşəkkür edirəm”
“Bu turniri təşkil etdiyi üçün AFFA-ya təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Qırğızıstan U-17 yığmasının baş məşqçisi Marat Jumakeyev deyib.

O, “Caspian Cup” turnirinin Azərbaycan yığması ilə oyunundan (0:3) sonra matş haqda danışıb: “Asiya kubokunun seçmə mərhələ oyunlarına hazırlaşdığımız üçün bu turnirdə iştirakımız yerinə düşdü. Vəzifəmiz yarışın sonunda mümkün qədər yüksək nəticə göstərməkdir”.