İspaniya yığması Bakıda rekord vurdu
12.06.2011 - 11:27
Bakıda keçirilən “Caspian Cup” beynəlxalq turnirində 2-ci tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə olduğu kimi yenə darmadağınlar qeydə alınıb. İspaniya yığması Qazaxıstanı 8:0 hesabı ilə udaraq onları meydana çıxmağa peşman edib. Bu nəticə turnirin rekordu olub. Çünki bu matçadək nə 1 qarşılaşmada 8 qol vurulmuşdu, nə də 8 top fərqi qeydə alınmışdı. Gürcüstan isə Tacikistanı 3 cavabsız qolla məyus edib. Bu matçlardan sonra B qrupunda iki hakimiyyətlilik davam edir. İspaniya və Gürcüstan komandaları 100 fazilik göstərici ilə liderliyi sürdürürlər.
1. İspaniya 2 2 0 0 14-0 6
2. Gürcüstan 2 2 0 0 8-1 6
3. Tacikistan 2 0 0 2 0-9 0
4. Qazaxıstan 2 0 0 2 1-13 0
1. İspaniya 2 2 0 0 14-0 6
2. Gürcüstan 2 2 0 0 8-1 6
3. Tacikistan 2 0 0 2 0-9 0
4. Qazaxıstan 2 0 0 2 1-13 0
0
0