Azərbaycanı keçdi, Avropa çempionatına qələbəylə başladı
12.06.2011 - 12:18
21 yaşadək futbolçular arasında Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə A qrupunun komandaları meydana çıxıblar. Seçmə mərhələdə Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparıb sonda final mərhələsinə yüksələn Belarus yığması ilk matçında İslandiyanı məğlub edib – 2:0. Bu qrupdakı digər qarşılaşmada İsveçrə futbolçuları Danimarkanı 1 qolla üstələyib.
0
0