“Nisbətən yaxşı oynadıq”
12.06.2011 - 13:01
“Nisbətən yaxşı oynadıq”
“İspaniya millisinə qarşı keçirdiyimiz ilk oyundan fərqli olaraq, bu gün nisbətən yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, Tacikistan U-17 yığmasının baş məşqçisi Numonson Yusupov deyib.

O, “Caspian Cup” turnirinin Gürcüstanla oyunundakı 0:5 hesablı məğlubiyyətdən sonra matç haqda fikirlərini açıqlayıb: “Uşaqlar mübarizəni sona qədər davam etdirdilər. İlk dəfədir ki, beynəlxalq turnirdə iştirak edirik və təcrübə baxımından rəqibdən geri qalmağımız açıq-aşkar görünürdü. Müdafiədə olduqca ciddi səhvlərə yol verdik”.