Elmar Baxşıyev: “Neftçi” həmişə qələbəyə layiqdir
12.06.2011 - 17:11
Elmar Baxşıyev: “Neftçi” həmişə qələbəyə layiqdir
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək Bakının “Neftçi” klubu qarşıdakı yarışa intensiv hazırlaşır. Apasport.az saytının məlumatına görə, hazırda Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan paytaxt təmsilçisi gündə 2 dəfə məşq edir.

Təlim-məşq toplanışında iştirak edən yarımmüdafiəçi Elmar Baxşiyev klubun rəsmi saytına açıqlama verib: "Neftçi”nin heyətində Türkiyədə təlim-məşq toplanışında iştirak edirəm. Yəni, "Neftçi"dən ayrılmağım barədə yayılan xəbərlər həqiqətəuyğun deyil. Mən "Neftçi"nin oyunçusuyam və bütün fikrimi növbəti yarışların hazırlığına yönəltmişəm. Bizi qarşıda mötəbər turnirlər gözləyir. Azərbaycanın ən köklü klubu olan "Neftçi" həmişə qələbəyə layiqdir".