“Mən də bu komandanın gələcək uğurlarında pay sahibi olmaq istəyirəm”
12.06.2011 - 17:20
“Mən də bu komandanın gələcək uğurlarında pay sahibi olmaq istəyirəm”
Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olan "Neftçi" Çempionlar Liqasına hazırlıqları davam etdirir. Apasport.az-ın məlumatına görə, komandanın yeni transferi, serbiyalı qapıçı Saşa Stamenkoviç hazırlıq barədə klubun rəsmi saytına fikirlərini bildirib: "Artıq yeni komandamda məşqlərə başlamışam. Burada hər şey məni qane edir. "Neftçi"də çox yaxşı ab-hava hökm sürür. Bilirəm ki, "Neftçi" köklü klubdur, böyük uğurlara imza atıb. Mən də bu komandanın gələcək uğurlarında pay sahibi olmaq istəyirəm”.

Heyətdəki rəqabətin xoşuna gəldiyini bildirən qolkiper deyib ki, komandasını qarşıda məsul yarış gözləyir: “Çempionlar Liqası ciddi turnirdir və bu yarışa yaxşı hazırlaşmaq lazımdır. İnanıram ki, Avropanın ən sanballı klub turnirində uğurlu çıxış edib, "Neftçi"nin azarkeşlərini sevindirəcəyik".