Ağayev səfərdən əliboş qayıdır
12.06.2011 - 21:14
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu Rusiyanın “Daqdizel” klubu növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kaspiysk təmsilçisi ölkə çempionatının II divizionunun Cənub zonasında 8-ci turun oyununa çıxıb. Ağayevin komandası səfərdə “Mitos”un qonağı olub. “Daqdizel” bu səfərdən də əliboş qayıdıb – 2:3.
Qeyd edək ki, 8 oyundan sonra 7 xalı olan kaspiysklilər Ağayevin rəhbərliyi altındakı 4 matçda 4 xal toplayıb. Bunların da hamısı ev oyunlarında qeydə alınıb.
Qeyd edək ki, 8 oyundan sonra 7 xalı olan kaspiysklilər Ağayevin rəhbərliyi altındakı 4 matçda 4 xal toplayıb. Bunların da hamısı ev oyunlarında qeydə alınıb.
- "Türkiyənin ən böyük klubu bizik" – İlkay Gündoğandan iddialı açıqlamalar
- "Qalatasaray" Reyndersi izləyir – "Mançester Siti" bu halda buraxacaq
- Kastro "Roma"ya, Dovbik "Bolonya"ya: 35 milyonluq transfer
- Duşan Tadiç NEC-lə razılaşdı – 2 illik müqavilə
- “Nyukasl” rekord transferini icarəyə göndərir – Voltemade "gözdən çıxarıldı"
0
0