Təbriz Həsənov: Hesab 4:0 olduqdan sonra uşaqlarda arxayınlaşma yarandı
12.06.2011 - 22:16
Təbriz Həsənov: Hesab 4:0 olduqdan sonra uşaqlarda arxayınlaşma yarandı
“Maraqlı oyun oldu. Rəqibi tanıyırdıq. Ona görə də kəşfiyyata ehtiyac duymadan hücuma atıldıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan U-17 yığmasının baş məşqçisi Təbriz Həsənov deyib.

O, “Caspian Cup” turnirinin Özbəkistanla qarşılaşması (4:2) haqda fikirlərini açıqlayıb: “Məqsədimiz erkən qol vurmaq idi. Bu planımız da baş tutdu. Birinci hissədə 3 qol vurduq. Bütün futbolçuların oynamasına şərait yaratmaq üçün fasilədə əvəzetmələr etdik. Hesab 4:0 olduqdan sonra, görünür, uşaqlarda arxayınlaşma yarandı. Rəqib də bundan yararlanaraq iki qol vurdu. Qarşımızdakı vəzifə Türkiyə yığması ilə oyuna yaxşı hazırlaşmaq və bu rəqibi məğlub edib finala çıxmaqdır”.