“Xəzər Lənkəran”ın legioneri subaylığın daşını atdı
13.06.2011 - 09:38
“Xəzər Lənkəran”ın legioneri subaylığın daşını atdı
“Xəzər Lənkəran”ın heyətində Azərbaycan kubokunun qalibi olan Hristu Kiaku subaylığın daşını atıb. Apasport.az saytının məlumatına görə, rumıniyalı yarımmüdafiəçi Oana Babagianu ilə ailə həyatı qurub.

Hristu Sosial Demokrat Partiyasından olan siyasətçinin qızı ilə evlənib.

Qeyd edək ki, bu ilin yanvarında “Xəzər Lənkəran”a transfer olunan Kiaku bu komanda ilə Azərbaycan kubokunu qazanmaqla yanaşı, Premyer Liqanın gümüş mükafatçısı olub.