Braziliyalı futbolçu Ramiz Məmmədovun işinə qiymət verdi
13.06.2011 - 10:11
“Ramiz Məmmədov səriştəli mütəxəssisdir. O, futbolçulardan ən yaxşısını tələb edir”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstan “Atırau” klubunun legioneri Conatas deyib.
Braziliyalı müdafiəçi onu komandaya transfer edən azərbaycanlı baş məşqçi Ramiz Məmmədov haqda xoş sözlər deyib. Conatas bildirib ki, bu ilin yanvarından “Atırau”ya rəhbərlik edən Məmmədovla birgə işləmək onun ürəyincə olub: “Mənə Məmmədovla işləmək xoşdur. Onun futbol üslubu və məşqləri ürəyimcədir. Mən əminliklə deyə bilərəm ki, Ramiz Məmmədov rəhbərliyi altında işlədiyim ən yaxşı məşqçilərdən biridir”.
Qeyd edək ki, Məmmədov hesabat turunda evdə çempion “Tobol”a 0:2 hesablı məğlubiyyətdən sonra istefa verib.

0
0