Ramiz Məmmədovun istefası qəbul olundu
13.06.2011 - 10:52
Ramiz Məmmədovun istefası qəbul olundu
Qazaxıstanın “Atırau” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədovun istefası qəbul olunub. Apasport.az saytının məlumatına görə, Qazaxıstan çempionatının dünən keçirilən 15-ci turunun “Tobol”la oyunundan sonra istefa verən azərbaycanlı mütəxəssisin komandadan ayrılması bu gün səhər rəsmiləşib. Belə ki, bir araya gələn “Atırau” rəhbərliyi Məmmədovun istefasını qəbul edib. Mütəxəssislə birlikdə onun köməkçiləri Elxan Abdullayevlə Mehman Baxışovda klubdan ayrılıb. Baş məşqçi vəzifələrini icra etmək isə İvan azovskiyə tapşırılıb.

Qeyd edək ki, Qazaxıstan çempionatları tarixinə ilk azərbaycanlı məşqçi kimi düşən Məmmədov 15 oyuna 15 xal toplayıb.