Hakan Şükür Rəcəb Tayyib Ərdoğanın partiyasından millət vəkili seçildi
13.06.2011 - 10:56
Türkiyə futbolunun əfsanəvi Hakan Şükür özünü yeni sahədə sınayacaq. Apasport.az saytının məlumatına görə, “Qalatasaray” klubunun və Türkiyə milli komandasının 40 yaşlı sabiq kapitanı deputat fəaliyyətinə başlayır. Hakan Türkiyə parlamentinə keçirilən seçkilərdə qalib olub. Keçmiş hücumçu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ədalət və İnkişaf Partiyasından İstanbula millət vəkili seçilib.
Qeyd edək ki, Şükür karyerasını böyük hissəsini keçirdiyi “Qalatasaray”la ən böyük uğuru 2000-ci ildə UEFA kubokunu, 2 il sonra Türkiyə yığması ilə dünya çempionatının bürünc mükafat qazanması olub.
Qeyd edək ki, Şükür karyerasını böyük hissəsini keçirdiyi “Qalatasaray”la ən böyük uğuru 2000-ci ildə UEFA kubokunu, 2 il sonra Türkiyə yığması ilə dünya çempionatının bürünc mükafat qazanması olub.
0
0