Məsut Özil “Mançester Yunayted”in təklifini rədd etdi
13.06.2011 - 12:03
Almaniya milli komandasının futbolçusu Məsut Özil “Mançester Yunayted”in təklifini rədd edib. Apasport.az saytının məlumatına görə, ötən həftə Bakıda milli komandamızla oyunun əsas qəhrəmanlarından olan Bundestimin 23 yaşlı yarımmüdafiəçisi İngiltərə çempionuna keçməyə hazırlaşmadığını bildirib.
“Mançester Yunayted”in baş məşqçisi Aleks Ferqysuon ötən yaydan Madrid “Real”ında çıxış edən Məsutun xidmətində maraqlıdır. Şotland mütəxəssisin onun keçidinə mümkünlüyünü aydınlaşdırdığı zamanı üzülüb. Özilin agenti Reza Fazeli transferin mümkün olmadığını bildirib: “Biz cənab Ferqyusona göstərdiyi marağa görə minnətdarıq. Ancaq Özil “Real”da xoşbəxtdir. O, digər kluba keçmək haqda fikirləşmir”.
Qeyd edək ki, Məsut milli komandamıza 3:1 hesabı ilə qalib gəldikləri oyunda əvvəl hesabı açıb, ardından Mario Qomesə məhsuldar ötürmə verib.

0
0