“İnter” sabiq futbolçusunu geri qaytardı
13.06.2011 - 13:32
Bakının “İnter” klubu mövsümlərarası fasilədə ikinci transferini reallaşdırıb. Apasport.az-ın komandanın rəsmi saytına istinadən məlumatına görə, “bankirlər” “Kəpəz”in daha 1 futbolçusunu – Xəyal Mustafayevi heyətinə qatıb. 31 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
“İnter” bunadək Gəncə klubunun yarımmüdafiəçisi Samir Zərgərovu transfer etmişdi.
Qeyd edək ki, Mustafayev 2006-10-cu illərdə “İnter”də çıxış edib və komanda ilə 2 dəfə Azərbaycan çempionluğunu qazanıb.

0
0