“Üç muşketyor”umuzun 17 anı
13.06.2011 - 15:09
“Üç muşketyor”umuzun 17 anı
Qazaxıstanın “Atırau” klubunu çalışdıran Ramiz Məmmədovun ölkə xaricindəki baş məşqçilik dönəmi başa çatıb. Apasport.az saytının məlumatına görə, çempionatın 15-ci turunun “Tobol”la matçındakı 0:2 hesablı məğlubiyyətlə postunu tərk edən 43 yaşlı mütəxəssisin Qazaxıstan karyerası 17 rəsmi matçdan ibarət olub. Belə ki, Məmmədov və onun köməkçiləri olan digər həmyerlilərimiz – Elxan Abdullayevlə Mehman Baxışov 15 çempionat və 2 kubok matçında iş başında olublar. Bu matçlarda alınan 7-ci yenilgi azərbaycanlılar üçün sonuncu olub. Göründüyü kimi “7” xoşbəxt rəqəm sayılsa da 7-ci məğlubiyyət həmyerlilərimizə düşməyib.

“Üç muşketyor”umuz kubokda Uduzduqları “Tobol”a çempionatda da məğlub olmaqla Qazaxıstanı tərk ediblər. Rəsmi debütündən son oyununadək 98 gün komandaya rəhbərlik edən Məmmədov və komandası son 28 gündə qələbə qazana bilməyib. Elə son 4 matçda cəmi 1 xalın qazanılması onların karyerasına mənfi təsir edib.

Azərbaycanlı məşqçilər “Atırau”da

turnir
O
Q
H
M
T
X
Çempionat
15
3
6
6
12-19
15
Kubok
2
1
0
1
4-3
3
Cəmi
17
4
6
7
16-22
18


Azərbaycanlı məşqçilərin “Atırau”dakı rəsmi oyunları

QAZAXISTAN ÇEMPİONATI

06.03.2011 Aktobe (s) 0:2
13.03.2011 Şaxtyor (e) 2:0
17.03.2011 Vostok (s) 2:2
31.03.2011 Kayrat (e) 2:2
04.04.2011 Kaysar (s) 0:1
09.04.2011 JetIsu (s) 0:2
13.04.2011 Astana (s) 2:0 – QAZAXISTAN KUBOKU – 1/8 FİNAL
16.04.2011 İrtış (e) 1:0
20.04.2011 Tobol (s) 2:3 (əlavə vaxtda) – QAZAXISTAN KUBOKU – ¼ FİNAL
23.04.2011 Tobol (e) 0:0
30.04.2011 Lokomotiv (e) 0:0
07.05.2011 Ordabası (s) 1:1
15.05.2011 Taraz (e) 1:0
21.05.2011 Taraz (s) 0:3
26.05.2011 Ordabası (e) 1:1
08.06.2011 Lokomotiv (s) 2:3
12.06.2011 Tobol (e) 0:2