AZAL “Roma”nın hədəfində olan futbolçunu transfer edir
13.06.2011 - 14:13
Avropa Liqasına hazırlığa start verən Bakının AZAL klubu heyətini gücləndirmək yolunda ilk transferini reallaşdırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, ötən mövsümün ikinci hissəsində zəif çıxış etdiyi üçün komandadan kənarlaşdırılan litvalı Qvidas Yuşkanın yerini serbiyalı Vladimir Cilas tutacaq. “Təyyarəçilər” Serbiya Superliqasının təmsilçilərindən olan “Yaqodina”nın mərkəz hücumçusunu Bakıya dəvət ediblər və məhz onun sayəsində hücumdakı problemi həll etmək fikrindədirlər. Artıq hücumçu AZAL-ın heyətində ilk məşqinə də çıxıb.
Hündürboyu (1.88 m) və meydandakı döyüşkənliyi ilə seçilən 28 yaşlı Cilas məhsuldarlığı ilə də fərqlənir. Superliqada son 3 mövsümü ortabab komandanın heyətində keçirən hücumçu hər dəfə 6 qola imza atıb. Orta məhsuldarlığın çox aşağı olduğu Serbiya çempionatı üçün bu kifayət qədər yüksək göstəricidir. Belə ki, son çempionatın şərikli bombardirləri – Kaludyeroviçlə İliyev cəmi 13 qol vurmağa müvəffəq olublar.
“Transfermarkt” portalı Vladimirin dəyərini 500 min avro ilə ölçür. Almanların fikrincə, bunadək AZAL-ın tarixində ən dəyərli futbolçular olan – müdafiəçilər Petrovla Krjauklisin dəyəri 400 min avrodur. Cilas cəmi iki il öncə “Moskva” və “Roma”nın skautlarının diqqət mərkəzində olub. Düzdür, sonda futbolçu heç bir kluba keçə bilməyib. İndi isə o, AZAL-la yanaşı, Qazaxıstan çempionatının liderlərindən və favoritlərindən olan “Aktobe”nin də maraq dairəsindədir.

0
0