Vaqif Cavadovu kəşf edən məşqçi II divizion klubunda
13.06.2011 - 14:35
Tanınmış ingiltərəli mütəxəssis Stiv Maklaren özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, İngiltərə milli komandasının sabiq baş məşqçisi 2 illik fasilədən sonra vətəndə çalışacaq. Maklaren II divizion təmsilçisi “Nottingem Forest” klubunun sükanı arxasına keçib. Onunla 3 illik müqavilə imzalanıb.
Bununla da Maklaren millisindən gedəndən sonra ilk dəfə vətəndə çalışacaq. İngiltərənin ən köklü klublarından olan “Nottingem Forest”in Premyer Liqaya qayıtmaq şansı olsa da, pley-off oyunlarında uduzaraq, bu şansı əldən buraxıb.
Qeyd edək ki, Maklaren 2010-cu ilin yanvarında milli komandamızın futbolçusu Vaqif Cavadovu həmin vaxt çalışdırdığı “Tvente”yə transfer etdi. Ancaq təcrübəli mütəxəssis hollandiyalılar üçün kəşf etdiyi 22 yaşlı hücumçumuza heç bir oyunda şans vermədi.

- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
0
0