Frank Raykaard azərbaycanlı futbolçunun taleyinə qərar verəcək
13.06.2011 - 15:24
Frank Raykaard azərbaycanlı futbolçunun taleyinə qərar verəcək
Hollandiyanın “Tvente” klubu baş məşqçisi Mişel Pryudomun gedişini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, Enshede təmsilçisi belçikalı çalışdırıcısının istefa verdiyi rəsmən açıqlayıb. “Tvente” Pryudomun rəhbərliyi altında keçirdiyi 1 ildə çempionluq titulunu qoruya bilməyib. Ötən mövsümün çempionatının gümüş medalçısı olan komandanın yeganə titulu ölkə kuboku olub.

Gözlənildiyi kimi, Pryudom Səudiyyə Ərəbistanın “Əl-Şabab” klubunu çalışdırmaq təklifi qəbul edib. Onun yerinə əsas namizəd məşhur hollandiyalı mütəxəssis Frank Raykaard sayılır. Raykaard ötən mövsümün əvvəlində “Qalatasaray”dan gedəndən sonra işsizdir.

Onun təyinatı reallaşarsa, milli komandamızın futbolçusu Vaqif Cavadovun taleyinə qərar verəcək. Çünki müqavilə ilə “Tvente”yə məxsus olan hücumçumuz Hollandiyaya yollanaraq, gələcək taleyini aydınlaşdırmaqla məşğuldur.