Almaniyada 23 azərbaycanlı futbolçu oynayacaq
13.06.2011 - 15:50
Almaniyada 23 azərbaycanlı futbolçu oynayacaq
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması iyunun 19-dan 29-a qədər Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçirəcək. Apasport.az saytının məlumatına görə, iyunun 30-dan iyulun 7-dək isə Duysburq şəhərində beynəlxalq turnirdə iştirak edəcək. Komandanın baş məşqçisi Nikolay Adam Almaniya səfərinə 23 futbolçu aparacaq. O, artıq bu heyəti açıqlayıb: Ravil Məhəmmədov, Şahvələd Məhərrəmov, Tərlan Əhmədov, Təyyar Məmmədov, Fəhmin Muradbəyli, Budaq Nəsirov, Əli Həsənli, Vəzir Musayev, Pərviz Qaraxanov, Yusup Xakimov, Anar Babazadə, Mənsur Nəhavəndi, Ağaseyid Qasımov, Fərid Əsədov, Ülvi İbazadə, Elnur Cəfərov, Ülvi Süleymanov, Akif Ağayev, İlyas Səfərzadə, Ehtiram Şahverdiyev, İbrahim Aslanlı, Qazıməhəmməd Qurbanov, Şaxban Cəbrayılov.

Mənbə: affa.az