Rəşad Abdullayev: Hazırlığımızın bəhrəsini ÇL-də görəcəyik
13.06.2011 - 17:40
"Komandada gözəl ab-hava hökm sürür. Hamımız məşqlərdə həvəslə çalışırıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Neftçi”nin futbolçusu Rəşad Abdullayev klubunun rəsmi saytına açıqlamasında deyib. İyunun 10-da Türkiyənin İsparta şəhərinə təlim-məşq toplanışına yollanan komandamız Çempionlar Liqasına hazırlığına başlayıb.
Rəşad Avropanın ən nüfuzlu turnirində ölkəmizi layiqincə təmsil edəcəklərinə inanır. Komandanın əsas heyət oyunçularından olan təcrübəli sağ cinah yarımmüdafiəçisi nikbindir: “İnşallah, hazırlığımızın bəhrəsini Çempionlar Liqasında (ÇL) görəcəyik. Avropanın ən mötəbər klub turnirində Azərbaycanı layiqincə təmsil etməyə çalışacağıq".

- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
0
0