Millimizə qol vuran futbolçuya 250 milyon avro
13.06.2011 - 18:15
Madridin “Real” klubunun futbolçusu Məsut Özilin transfer qiyməti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Real”a yaxınlığı ilə tanınan İspaniyanın məşhur “Marka” qəzeti Almaniya milli komandanının 23 yaşlı yarımmüdafiəçisinin keçidini reallaşdırmaq istəyən klubun 250 milyon avro ödəməli olduğunu yazıb. Madridlilərin ötən yay Almaniyanın “Verder” klubundan cəmi 15 milyon avroya aldığı Məsutla hələ 5 illik müqaviləsi var. Hazırda “Real” üçün vaz keçilməz futbolçu olan Özilin bu 1 ildə qiymətinin 20 dəfəyə kimi artması diqqət çəkən məqamdır.
İspaniyada keçirdiyi debüt mövsümündə parlayan Məsut ən yaxşı məhsuldar ötürmə verən futbolçu kimi ad çıxardı. O, həmçinin yaradıcı oyunu, sürəti, texnikası ilə də ön planda oldu. Milliyətcə türk olan futbolçu etdiyi 26 məhsuldar ötürmə ilə Avropada “ötürmə kralı” adını qazandı. O, bu planda son 2 ildə dünyanın ən yaxşı futbolçusu olan “Barselona”nın argentinalı hücumçusu Lionel Messi (25) və “Portu”nun braziliyalı bombardiri Halkı (21) geridə qoydu.
Qeyd edək ki, Məsut Bundestimdə 2009-cu ilin avqustunda milli komandamıza 2:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda debüt edib. O, ötən həftə yığmamızla Tofiq Bəhramov adına Respublika stadionunda 2-ci görüşdə (3:1) də diqqət mərkəzinə düşdü. Belə ki, matçda hesabı açan Özil ardından hücumçu Mario Qomesə verdiyi məhsuldar ötürmə ilə oyunun taleyini həll etdi.

- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
0
0