Flavinyo: Avropada özümüzü yalnız yaxşı tərəfdən göstərmək əzmindəyik
13.06.2011 - 17:55
Bakının “Neftçi” klubunun braziliyalı futbolçusu Flavinyo ilk dəfə çıxış edəcəyi Çempionlar Liqasının startını səbirsizliklə gözləyir. Apasport.az saytının məlumatına görə, komandanın Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışına qatılan yarımmüdafiəçi gündə 2 dəfə olmaqla məşqlə iştirak edir. Flavinyo klubunun rəsmi saytına açıqlamasında Avropanın ən nüfuzlu turnirində çətin sınaqdan üzüağ çıxmağa çalışacaqlarını bildirib: "Çempionlar Liqasına hazırlığımız yüksək səviyyədə keçir. Bilirik ki, qarşıda bizi çətin oyunlar gözləyir. Uşaqlar var gücləri ilə məşq edirlər. Bu turnirdə özümüzü yalnız yaxşı tərəfdən göstərmək əzmindəyik".
Qeyd edək ki, “Neftçi”nin ötən yay transfer etdiyi Flavinyo debüt mövsümündə oyunu, vurduğu qollarla etimadı doğrultdu.
Qeyd edək ki, “Neftçi”nin ötən yay transfer etdiyi Flavinyo debüt mövsümündə oyunu, vurduğu qollarla etimadı doğrultdu.
- Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşdi
- Rafinya daha 4 il "Barselona"da - RƏSMİ
- Portuqaliya Ronaldo ilə vidalaşdı – “Hər şey üçün təşəkkürlər, kapitan!” - VİDEO
- Almaniya millisinin heyəti açıqlandı: Nübel çağırıldı, Sane kənarda qaldı
- Bir dövrün sonu - Ronaldo milli karyerasını başa vurdu
0
0