Türkiyə yığması “Caspian Cup” turnirinin qalibi oldu
17.06.2011 - 08:08
Türkiyə yığması “Caspian Cup” turnirinin qalibi oldu
Bakıda keçirilən 17 yaşadək futbolçular arasında “Caspian Cup” beynəlxalq turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarışa əsasən U-17 milli komandaları qatılsa da I yer uğrunda matçda Azərbaycandakı turnirə U-16-larını göndərən İspaniya ilə Türkiyə qarşılaşıb. Oyunun əsas vaxtı qalibi müəyyənləşdirməyib. Penaltilər seriyasını daha dəqiq yerinə yetirən Türkiyə yığması 4:3 hesabı ilə qalib gələrək “Caspian Cup”un qalibi olub.