AFFA “Malaqa” klubunun futbolçusunu mükafatlandırdı
17.06.2011 - 08:39
“Caspian Cup” turnirinin final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, mükafatları AFFA-nın baş katibi Elxan Məmmədov, “AccessBank”ın İdarə Heyətinin sədri Endryu Pospilovski və AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov təqdim edib.
Əvvəlcə final oyununun hakimlərinə xatirə hədiyyələri verilib. Sonra müxtəlif nominasiyalar üzrə qaliblər AFFA və “AccessBank”ın hədiyyələri ilə təltif olunub:
FAİR PLAY mükafatı – Qırğızıstan yığması
Turnirin ən sərrast futbolçusu – Abat Aimbetov – 6 qol (Qazaxıstan)
Turnirin ən yaxşı qapıçısı – Okan Koçuk (Türkiyə)
Turnirin ən yaxşı futbolçusu – Samuel Kastilyexo (İspaniya)
Sonra üçüncü yeri tutan Azərbaycan, ikinci pillənin sahibi İspaniya və turnirin qalibi olan Türkiyə yığmasına xatirə medalları verilib. Sonda AFFA-nın baş katibi Elxan Məmmədov kuboku Türkiyə yığmasının kapitanına təqdim edib.
Qeyd edək ki, turnirin ən yaxşı futbolçusu seçilən Kastilyexo “Malaqa” klubunun 16 yaşadək futbolçulardan ibarə komandasında çıxış edir.

0
0