Rəşad Sadıqov üçün Türkiyədə hazırlanan tort
17.06.2011 - 08:46
Rəşad Sadıqov üçün Türkiyədə hazırlanan tort
“Qarabağ” klubunun futbolçusu Rəşad Sadıqov növbəti ad gününü Türkiyədə keçirib. Apasport.az saytının klubun rəsmi saytına istinadən məlumatına görə, milli komandamızın müdafiəçisi 29 yaşının tamam olmasını Ağdam təmsilçisi ilə təlim-məşq toplanışında olduğu Qızılcahamamda qeyd etdi. Bu, “Qarabağ”ın qaldığı oteldə baş tutub ki, tədbirdə klubun direktoru Əmrah Çəlikəllə baş məşqçi Qurban Qurbanov iştirak edirdi.

Rəşad millidə də komanda yoldaşı olan hücumçu Vüqar Nadirovun 5 yaş böyük olsa da, gün baxımından yaxındır. Belə ki, Nadirov iyunun 15-də, Sadıqov 16-da anadan olub. Hər 2 futbolçu üçün tort hazırlanmışdı. Vüqarın tortunda “bol qol”, Rəşad “möhkəm müdafiə” arzulandı. Vüqar tortundan ilk tikəni “Qarabağ”ın həkimi Sədrəddin Məmmədova verdisə, Sadıqovun seçim etməkdə çətinlik çəkməsi gülüşə səbəb olub.