Təbriz Həsənov: Sevinirəm ki, penaltilərlə qalib gələrək, 3-cü olduq
17.06.2011 - 09:02
“Rəqibimizin oyunlarını izləmişdim və güclü komanda olduğunu bilirdim”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanın 17 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi Təbriz Həsənov deyib. “Caspian Cup” beynəlxalq turnirini 3-cü yerdə bitirən yığmamız oyun sonrası penaltilər seriyasında Gürcüstana qalib gəldi (3:0). Həsənov əsas vaxtı 1:1 hesabı ilə nəticələnən oyuna ciddi hazırlaşdıqlarını bildirib: “Hər iki komanda əzmkar mübarizə apardı. Sevinirəm ki, oyun sonrası penalti seriyasında qalib gələrək üçüncü yeri tutduq”.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0