“Qarabağ”ın futbolçuları Buenos-Ayresə aparılmadı
17.06.2011 - 10:24
İyunun 20-də Argentina milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Albaniya yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Buenos Ayresin məşhur “Monumental” stadionunda keçiriləcək qarşılaşmada albaniyalılar ikinci heyətlə mübarizə aparacaq. Belə ki, xorvatiyalı baş məşqçi Yosip Kuje əsas heyətin bir sıra futbolçularının xidmətindən məhrumdur. Kujenin açıqladığı 18 nəfərlik heyətdə Ağdamın “Qarabağ” klubunda çıxış edən Ansi Aqolli ilə Admir Teli də yoxdur. Albaniya mətbuatı əsas heyət oyunçusu olan Ansinin yoxluğunu itki kimi dəyərləndirsə də son seçmə oyunu ehtiyatda qalan Telinin yoxluğuna ciddi önəm vermir.
- İnfantinonun müşaviri istefa verdi - Dünya çempionatının satılmasına etiraz etdi
- Premyer Liqaya hazırlaşırlar: "Hall Siti"dən 20 milyon avroluq transfer
- "Milan" əfsanəsini itirdi – Franko Barezi vəfat etdi
- FİFA-dan tənqidlərə cavab – "Heç kim futbolu satmır"
- "Nyukasl" yeni baş məşqçisini gətirir – 11 milyon avro təzminat
0
0