Berti Foqtsun köməkçisi klub prezidenti olur
17.06.2011 - 10:49
Berti Foqtsun köməkçisi klub prezidenti olur
Azərbaycan milli komandasının qapıçılarla işləyən məşqçisi Uli Ştayn yeni təklif alıb. Apasport.az saytının məlumatına görə, Almaniya yığmasının sabiq qapıçısı karyerasını vətənində davam etdirə bilər. Ştayna vaxtilə əfsanəsi olduğu Bilefeldin “Arminiya” klubunun prezidenti olmaq təklif olunub. Baş məşqçi Berti Foqtsun köməkçilərindən olan Ştaynın bu posta seçilməsi iyunun 27-də gerçəkləşə bilər. Belə ki, həmin gün klubun İdarə Heyətinin yığıncağı keçiriləcək.

Ştayn da bu xəbəri təsdiqləyib: “Məsələylə bağlı görüşlərimiz olub. İki dəfə görüşüb müzakirələr aparmışıq. Hadisələrin necə davam edəcəyini gözləyirik”.

Qeyd edək ki, “Arminiya” növbəti mövsüm Almaniyanın 3-cü liqasında çıxış edəcək. Ştayn bu komandada qapıçı kimi 512 oyun keçirib.