Ağasəlim Mircavadov: Bizdə hadisələr tərsinə cərəyan edir MÜSAHİBƏ
17.06.2011 - 12:56
Azərbaycanın ən təcrübəli futbol mütəxəssislərindən biri, milli komandamızın sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- Ölkəmizdə ilk dəfə təşkil edilən beynəlxalq “Caspian Cup” turniri başa çatdı. Turnirlə bağlı fikirlərinizi öyrənmək maraqlı olardı...
- Əvvəla qeyd edim ki, turnir yaxşı təşkil edilmişdi. Əsas təəssüfləndirən məqam azarkeşlərlə bağlı oldu. Yəni, futbolsevərlərimizi turnir çərçivəsində baş tutan oyunları izləməyə gəlmədilər. Çox az sayda insan stadiona təşrif buyurmuşdu. Amma işlər həm AFFA, həm də stadion tərəfindən yaxşı qurulmuşdu. Ona görə də, bu turniri alqışlayıram. Bildiyimə görə, turnir hər il keçiriləcək. Ola bilsin, iştirakçı komandalar arasında dəyişiklik edilsin. İspaniya, Türkiyə, Gürcüstan kimi ölkələrin təmsilçilərinin burda olması turnirə əlavə rəng verdi. Bakıda bu cür turnirlər keçirmək vacibdir. Bu yaş qrupunda çalışan uşaq məşqçilərimiz yarışa daha çox maraq göstərsəydilər, daha yaxşı olardı.
- Sizcə, bu turnir Azərbaycan futboluna nə qazandırdı?
- İnanın, hər turnir futbolumuza çox şey verir. Bunu səmimi deyirəm. Yenə deyirəm, artıq “Caspian Cup” ənənəvi keçiriləcək. Gələcəkdə komandaların sayının artırılması, eləcə də, daha güclü yığmaların ölkəmizə dəvət edilməsi mümkündür. Həm də turnir çərçivəsində əsas oyunlar “Dalğa Arena”da keçirildi. Yeni tikilən bu stadionda oyunların yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb. Fikrimcə, bu turnir uşaq komandalarında çalışan məşqçilərdə həvəs yaratmalıdır.
- Turnir çərçivəsində yığmamızın oyunlarını da izlədiniz. Komandamızın perspektivi barədə nə deyə bilərsiniz?
- Yaxşı uşaqlar var. Baş məşqçi Təbriz Həsənovu da yaxşı tanıyıram. O, vaxtilə rəhbərliyim altında çıxış edib. Təbriz müəllim daim üzərində çalışır. Bu, yığmamızın qatıldığı ardıcıl üçüncü turnir idi. Əlbəttə, uşaqlarda yorğunluq var. Ay yarım ərzində 3 turnirdə iştirak etmək ağırdır. Həm də nəzərə alaq ki, əvvəlki iki turnirin qalibi məhz yığmamız olub, Bakıdakı yarışı isə üçüncü pillədə başa vurub. Azərbaycan turnirdə ən yaxşı oyununu Gürcüstan yığmasına qarşı nümayiş etdirdi. Türkiyə ilə matçın ikinci hissəsində də yığmamız əla təsir bağışladı. Çox gözəl oynadılar. Perspektivli uşaqlar var. Onları daim hazırlaşdırmaq, eyni zamanda, axtarışda olmaq lazımdır. 17 yaşlılar növbəti il U-19 adlanacaq. Ona görə U-17 və U-19-un baş məşqçiləri sıx əlaqədə olmalıdırlar. Əlbəttə, müəyyən itkilər olacaq. Bu, adətən komandanın 20 faizini əhatə edir. Qalan 80 faiz çıxışını davam etdirir. Ardıcıllıq olmalıdır. Bu uşaqları itirmək olmaz. Turnirə diqqət yetirərkən onu da vurğulayım ki, komandalarımız Avropada çox oynamalıdırlar. Bildiyim qədəri ilə U-17 tez-tez oyunlar keçirir. Bir misal çəkim: “Caspian Cup”da İspaniya yığmasının necə sərbəst çıxış etdiyini hamımız gördük. Bu komandanın heyətində “Real”, “Barselona”, “Atletiko” kimi klubların yetirmələri çıxış edir. Onlar o qədər oyun keçirirlər ki, meydana çıxanda həyəcanlanmırlar, əksinə çox sakit oynayırlar.
- Bu il həm də Azərbaycan futbolunun 100 illiyi qeyd edilir. Bir əsr yaşı olan futbolumuz nə ilə yadda qalıb?
- Futbolumuzun əsas hissəsi SSRİ dövrü ilə bağlıdır. Həmin dövrdə uğurlarımız da az olmayıb. Müstəqillik əldə etdikdən sonra isə yeni səhifə açmağa çalışırıq. 100 illik üçün əsas əlamətdar hadisələrdən biri ölkə başçısı, cənab İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsidir. İkincisi, yenə ölkə başçısı tərəfindən 65 min nəfərlik tutuma malik yeni stadionun təməlinin qoyulması oldu. Üçüncü töhfə isə “Dalğa Arena”nın açılışıdır. Bundan başqa, “Bakı” Futbol Klubunun bazası açıldı. Lənkəranda, Yevlaxda, İmişlidə gözəl stadionlar, bazalar yerli klubların ixtiyarına verildi. Qəbələdə yeni stadionun tikilməsi davam edir. Arzu edirəm ki, Gəncədəki stadion da əsaslı şəkildə təmir edilsin. Uşaqların inkişaf etməsi üçün yaxşı meydançalar, bazalar olmalıdır. Ot örtüyü də süni yox, təbii olmalıdır. Biz çox şey görmüşük. Fikrimcə, yubiley tədbirləri təntənəli oldu.
- Artıq mövsüm bitib və klublar yeni çempionatın hazırlığına başlayıblar. Yeni mövsümdə sizi hansısa klubun “sükanı arxası”nda görə biləcəyikmi?
- Hələ işsizəm, heç söz-söhbət də yoxdur. Sözün düzü, hələ də anlaya bilmirəm ki, niyə tanınmış, nəticə verən yerli məşqçilərimiz kənarda qalıblar? Bu, çox pis haldır. Məsələn, Türkiyədə, Rusiyada yerli məşqçilərin qayğısına qalırlar. Bizdə isə hadisələr tərsinə cərəyan edir.
- Bu biganəliyin səbəbini nədə görürsünüz?
- Nə bilim, deyə bilmərəm. Bu günümüzə də şükürlər olsun.
- Avropa Liqasının oyunlarına az vaxt qalıb. Mübarizəyə ilk mərhələdən başlayacaq “Qarabağ” və AZAL hələ futbolçu transfer etməyib. Necə düşünürsünüz, həmin komandalar heyətlərini gücləndirməlidirlərmi?
- Ehtiyac var. “Qarabağ” mütləq hücumçu almalıdır. Rauf Əliyev zədələnib. O, ay yarım meydana çıxmayacaq. Buna görə də, onlar hücum xəttini gücləndirməlidirlər. Bildiyimə görə, yaxın günlərdə transferlər olacaq. AZAL-da da həmçinin. Transferi Avropa Liqasına çıxdığına görə etməməlisən. Bizim zəif cəhətimiz odur ki, özümüzə inanmırıq. Yəni, gələn ilin Avropa Liqasına indidən hazırlaşmaq lazımdır. Klublar uzunmüddətli plan əsasında işləməlidirlər. Heyəti indidən qurmalıdır. BATE təcrübəsi buna misaldır. Bu klubun uzunmüddətli strategiyası indi Belarus futbolunun dirçəlməsinə səbəb olub. Belarusun əsas yığması, U-21-i bu gün uğurlu çıxışı ilə yadda qalır.
- İyunun 20-də Çempionlar Liqası və Avroliqanın püşk atılacaq. Bizim üçün hansı ölkənin təmsilçiləri daha uyğun rəqiblər ola bilər?
- Avropada zəif klub yoxdu. Əgər yaxşı nəticə qazanmaq istəyiriksə, bir il əvvəldən hazırlaşmalıyıq. Bizdə isə əksinədir. Bu gün avrokuboklara vəsiqə qazanırıq, dərhal oyunçuları göndərib, yeni heyət qururuq. 4-5 mövqeyə yeni futbolçular dəvət edirik. Bu çox acınacaqlı haldır. Futbolçu ilə bir illik müqavilə imzalamamalıyıq.

0
0