“Qarabağ” rəhbərliyi fikrini dəyişib”
17.06.2011 - 13:09
“Qarabağ” rəhbərliyi fikrini dəyişib”
“Təəssüf hissi ilə deyə bilərəm ki, problemlər gözlədiyimizdən də çox oldu. Sonuncu problemimiz isə müdafiəçilər Ansi Aqolli və Admir Teli ilə bağlıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Albaniya Futbol Federasiyasının rəsmisi Lirim Zalla deyib.

O, iyunun 20-də Argentina millisi ilə keçiriləcək yoldaşlıq oyununa buraxılmayan yığma üzvlərinin əvəzolunmaz olmadığını düşünür. Zallanın fikrincə, Azərbaycanda, Ağdamın “Qarabağ” klubunda oynayan futbolçularını da əvəzləmək mümkün olacaq: “Hərçənd, onların çıxış etdiyi “Qarabağ” klubu ilə ilkin razılıq əldə etmişdik ki, bu futbolçular yığmanın düşərgəsinə buraxılsın. Lakin indi klub rəhbərliyi fikrini dəyişib. Onlar komandamıza qoşula bilmədi. Lakin istənilən halda, narahatçılığa əsas yoxdur. Çıxış yolu tapacağıq və Argentinaya təsadüfi heyətlə yollanmayacağıq”.