Samir Əliyev: Gündə bir şey yazırlar, mən də oxuyuram
17.06.2011 - 14:14
“Heç nədən xəbərim yoxdur. Gündə bir şey yazırlar, mən də oxuyuram”. Bu sözləri apasport.az saytına açıqlamasında milli komandamızın sabiq futbolçusu Samir Əliyev deyib.
Son mövsümü “Simurq”un heyətində keçirən 32 yaşlı hücumçu komandası Premyer Liqanı tərk etdikdən sonra klubsuz qalıb. Daha doğrusu, Zaqatala təmsilçisinin rəhbərliyi dəyişdikdən sonra yeni prezidentin futbolçularla görüşəcəyi gözlənilsə də, bu, baş verməyib: “Rəhbərliyin dəyişməsi barədə mətbuatdan oxumuşam. Ancaq futbolçularla görüş olmayıb. Daha doğrusu, futbolçu qalıb ki, görüş də olsun? İndi hərə bir klubun düşərgəsinə yollanıb”.
Əliyev digər klublardan təklif almamasına görə də üzülür. Ancaq buna görə kiminsə qapısını da döyməyi özünə rəva bilmir: “Kiməsə zəng vurub, məni komandasına götürməyi xahiş etmək, adətim deyil. Təklif olsa, dəyərləndirəcəyik. Olmasa da, karyeramızı bitirəcəyik. Sözün düzü, mətbuat hər gün bir komandaya keçəcəyimi yazır. Ancaq heç bir klubla danışığım olmayıb”.

0
0