“İnter” Almaniyaya beynəlxalq turnirə yollanır
17.06.2011 - 14:23
İyunun 23-25-də Almaniyanın Qüterslo şəhərində uşaqlar arasında “Opel Fricke Cup 2011” beynəlxalq futbol turniri keçiriləcək. Apasport.az saytının məlumatına görə, 3 yaş qrupunda (U-9, U-11 və U-13) keçiriləcək yarışa Bakının “İnter” klubu da qatılacaq.
“Bankirlər”in U-11 yığması Almaniyanın yollanacaq. “İnter” “DSC Delbrück”, “BV Westfalia Wickede”, “DJK Mastbruch” və “SC Westfalia Herne” komandaları ilə qüvvəsini sınayacaq. Futbolçularımız ilk matçını iyunun 23-də “DSC Delbrück” klubuna qarşı keçirəcək.
Turnirin formatı isə bir qədər mürəkkəbdir. Belə ki, 30 iştirakçı komanda hər qrupda 5 komanda olan 6 qrupa bölünüb və qrupların qalibləri, qruplarda 2-ci yeri və 3-cü yeri tutmuş 6 komandadan əlavə göstəricilərə görə daha üstün olan 4 kollektiv medallar uğrunda mübarizə aparacaq. Digər 14 komanda aşağı yerlər uğrunda top qovacaqlar.
Birinci qrup mərhələsinin yekunlarına görə ən güclü komandalar hər qrupda 4 komanda olmaq şərtilə 4 qrupa ayrılacaq. Pley-off mərhələsinə vəsiqəni hər qrupun 2 ən yaxşı kollektivi qazanacaq. Sonra 1/4 final oyunları, yarımfinal və 3-cü yer uğrunda qarşılaşmalar və final matçı keçiriləcək.
Turnirin reqlamentinə əsasən U-11-lər hər hissəsi 10 dəqiqədən ibarət olmaqla iki hissə meydanda mübarizə aparacaqlar.
Qeyd edək ki, “Opel Fricke Cup 2011” turnirində alman klublarından başqa, İngiltərənin, Çexiyanın, Polşanın, Belçikanın, Rusiyanın və Ukraynanın uşaq komandaları da iştirak edəcək. “İnter” bu turnirdə Azərbaycanı təmsil edəcək yeganə komanda olacaq.

0
0