“Bu, müstəqil Azərbaycanın mənə verdiyi addır”
17.06.2011 - 15:17
“Bu adı alacağımı gözləmirdim. Hər halda, mənim üçün xoş xəbər oldu”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının məşqçisi Yaşar Vahabzadə deyib.
Uzun illərdir müxtəlif yaş qruplarımızdan ibarət (U-21, U-19, U-17) yığmalarımızda çalışan Vahabzadə üçün bu gün yaddaqalan oldu. AFFA-nın təqdimatından sonra Gənclər və İdman Nazirliyinin kollegiyasının qərarı ilə “Əməkdar məşqçi” adını alan 10 məşqçidən biri məhz Vahabzadə oldu.
Veteran müdafiəçi onu bu ada layiq görənlərə minnətdardır: “Bu, 11 illik məşqçilikdə işimin bəhrəsi, zəhmətinin nəticəsi idi. Bildiyiniz kimi, məşqçilik fəaliyyətim daha çox yığmalarla bağlı olub. 4 dəfə onlarla final mərhələsinə çıxmışam. Məşqçilikdə ilk addımlarımı atdığım “Neftçi” ilə çempionatımızın gümüş medalçısı qazanmışam. Bütün bunları qiymətləndirərək, məni bu ada layiq görən Gənclər və İdman Nazirliyi, AFFA rəhbərliyinə təşəkkür edirəm. Əlbəttə, Azərbaycanın “Əməkdar məşqçi”si adını daşımaq həm sevindirici, qürurverici, həm də məsuliyyətlidir. Mənə göstərilən etimadı doğrultmağa çalışacağam”.
Məşqçilikdə daha yüksək zirvələri fəth etməyə çalışacaq Vahabzadə indiki adı daha doğma sayır: “SSRİ dövründə futbol oynadığımız zamanı “İdman ustası” adını almışıq. İndi isə “Əməkdar məşqçi” adına layiq görülmüşük. Əlbəttə, indiki ad mənim üçün daha doğmadır. Çünki bu, müstəqil Azərbaycanın mənə verdiyi addır. Payızda Avropa çempionatının seçmə mərhələsində çıxış edəcəyik. Həmin turnirdə uğurlu çıxış edib, növbəti mərhələyə vəsiqə qazanmaq istəyirik. Futbolçularımız buna nail olsa, bu, biz məşqçilərə ən gözəl hədiyyələri olacaq”.
Mehman SÜLEYMANOV

0
0