Arif Əsədov: Çempionlar Liqasında hansı komanda ilə düşməyin fərqi yoxdur
17.06.2011 - 16:37
“Futbolçuların əhval ruhiyyəsi yüksəkdir. Məşqlərimiz intensiv şəkildə davam edir. Təlim-məşq toplanışı komandanın gələcək yarışlara yüksək səviyyədə hazırlığı üçün çox əhəmiyyətlidir”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Neftçi” klubunun baş məşqçisi Arif Əsədov deyib.
O paytaxt komandasının rəsmi saytına açıqlamasında bildirib ki, Çempionlar Liqasının ilk matçına kimi yetirmələri tam hazır olacaq: “İyunun 22-dək hazırlığımız İspartada olacaq. Daha sonra Bakıya qayıdacağıq. İyunun 26-da isə Avstriyaya yollanacağıq. Hazırlığın ikinci mərhələsində bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. Həmin oyunlarda bütün futbolçulara şans veriləcək. İnşallah, Çempionlar Liqasının ilk oyununa komandanı tam hazır edəcəyik”.
Arif Əsədov iyunun 20-də keçiriləcək Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkatma mərasimi barədə də danışıb: “Hansı komanda ilə düşməyin fərqi yoxdur. Bu gün “Neftçi”nin heyətində yer alan futbolçular stabil oyunu ilə seçilirlər. Komandanın bütün əsas üzvləri bizimlə birlikdədir. Bu, bizim üstünlüyümüzü artırır. Məsələn, ötən il yeni komanda qururduq, bu ilə isə belə bir problemimiz yoxdur. Püşkatmanın nəticəsini gözləyirik. Çalışacağıq ki, Çempionlar Liqasında gözəl oyun və yaxşı nəticə ilə azarkeşlərimizə sevinc bəxş edək”.
Qeyd edək ki, “Neftçi” Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışını davam etdirir.

0
0