AFFA 8 milyon avroluq mükafatı əldən buraxdı
17.06.2011 - 16:43
AFFA 8 milyon avroluq mükafatı əldən buraxdı
Avro-2012-in mükafat fondu açıqlanıb. Apasport.az saytının məlumatına görə, gələn ilin iyununda Ukrayna və Polşada keçiriləcək final mərhələsinin mükafat fondu 196 milyon avro təşkil edəcək. Bu, UEFA-nın İcraiyyə Komitəsinin iclasında qəbul olunub və məbləğ Avro-2008-lə müqayisədə 12 milyon avro artırılıb.

Final mərhələsinin hər iştirakçısı 8 milyon, qrupdan çıxan 2 komanda hərəsi 2 milyon avro qazanacaq. Yarımfinal və finala vəsiqənin qiyməti müvafiq olaraq 3 və 4,5 milyon avrodur. Nəhayət, növbəti Avropa çempionu 7,5 milyon mükafat alacaq.

Qrup mərhələsində hər qələbənin qiyməti 1, heç-heçə yarım milyon avrodur. Beləliklə, Avro-2012-in qalibi maksimal olaraq 23,5 milyon avro qazana biləcək. Bundan əlavə, qrupda 3-cü yeri tutaraq, mübarizəni dayandıran komandanın da mükafatlandırılması praktikası tətbiq olunur. Onlar 1 milyon avro alacaqlar.

Qeyd edək ki, milli komandamız Avro-2012-in final mərhələsinə çıxmaq şansı demək olar olmadığından, 8 milyon əldən çıxıb.