“Neftçi”nin prezidenti püşkatmaya gedəsi olmadı
17.06.2011 - 16:59
“Neftçi”nin prezidenti püşkatmaya gedəsi olmadı
İyunun 20-də İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının birinci və ikinci təsnifat mərhələsinin püşkü atılacaq. Çempionlar Liqasında ölkəmizin şərəfini qoruyacaq "Neftçi"nin ikinci təsnifat mərhələsindəki rəqibi həmin gün bilinəcək.

Apasport.az saytının məlumatına görə, İsveçrəyə “ağ-qaralar”ın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Əşrəfoğlu yollanacaq. Püşkatma mərasimində "Neftçi"ni məhz Əşrəfoğlu təmsil edəcək.

Xatırladaq ki, bundan əvvəl klub prezidenti Sadıq Sadıqovun da püşkatmada iştirak edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Ancaq hazırkı məlumata görə, Sadıqov Nyon şəhərinə yollanmayacaq.