AZAL Avroliqa oyunlarına “Olimpik-Şüvəlan” adı ilə çıxacaq?
17.06.2011 - 23:01
AZAL Avroliqa oyunlarına “Olimpik-Şüvəlan” adı ilə çıxacaq?
Avrokubokların 2011/12 mövsümündə iştirak edəcək komandaların tam siyahısı açıqlanıb. Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi internet saytı Çempionlar Liqası və Avropa Liqasında mübarizə aparacaq klubların tam cədvəlini dərc edib.

Bu siyahıda Azərbaycanın 4 komandası yer alsa da, Avroliqaya hazırlaşan AZAL iştirakçılar sırasında yoxdur. Yarışa I təsnifat mərhələsindən qatılacaq paytaxt təmsilçisinin adı yarışa həmin vaxt başlayacaq 55 komanda arasına daxil edilməyib.

Əvəzində isə UEFA səhv buraxaraq, AZAL-ın köhnə adını - “Olimpik-Şüvəlan”ı iştirakçılar sırasına daxil edib. Bir ildir adını dəyişən komandamız haqda məlumatsız olan qitə futbol qurumu hələ də tanımadığı AZAL-ı püşkə 2 gün qalmış da tanımır. Bu gedişlə, “təyyarəçilər” qitə miqyaslı oyunlarına AZAL deyil, “Olimpik-Şüvəlan” adı altında çıxacaq.