İlk qələbə, ilk şərh - FOTO
17.06.2011 - 23:07
İlk qələbə, ilk şərh - FOTO
Türkiyənin paytaxtı Ankarada keçirilən boks üzrə Avropa çempionatında ilk döyüşünü qələbə ilə başa vuran Salman Əlizadə fikirlərini bildirib. Apasport.az saytının xəbərinə görə, 49 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz ukraynalı Denis Kozarukla döyüşə yaxşı hazırlaşdığını deyib: “Məşqçimlə birgə rəqibin döyüşünün videoyazısını izləmişdim. Bu səbəbdən onun necə döyüşəcəyini bilirdim. Görüş yaxşı keçdi. Artıq ilk raunddan üstünlüyü ələ aldım. Komandamıza ilk qələbəni şətirdiyimə görə şadam”.

Milli komandamızın üzvü növbəti mərhələdəki rəqibi Jeremi Bekkunu məğlub edə biləcək gücdə olduğunu deyib: “İndi artıq növbəti döyüşə hazırlaşıram. Bekku üzərində qələbə qazana bilərəm. Bu gücü özümdə hiss edirəm. Komandada ab-hava çox yaxşıdır. Yarışa ciddi hazırlaşmışıq. İnanıram ki, Avropa çempionatı bizim üçün uğurlu keçəcək”.