Mişel Platini axtarışa çıxıb
17.06.2011 - 22:55
Mişel Platini axtarışa çıxıb
UEFA prezidenti Mişel Platini Avropa klublarının xarici şirkətlər tərəfindən satın almasının əleyhinə çıxıb. Apasport.az saytının xəbərinə görə, komandaların yerli şirkətlər tərəfindən idarə olunmasının vacibliyini önə çəkən Platini bunun üçün əlindən gələni edəcəyini bildirib: "Mən həmişə xarici şirkətlərin Avropa klublarına sərmayə qoymasına qarşı olmuşam. Hətta bunun qarşısını almaq üçün müəyyən yollar da axtarıram. Lakin ingilis və fransız qanunları bunun qarşısını almaq üçün yetərli deyil. Gəlin elə Fransanın PSJ klubuna nəzər yetirək. Bu komandada qətərli prezident, braziliyalı idman direktoru, italiyalı məşqçi və müxtəlif ölkələrdən futbolçular var. Mən belə PSJ görmək istəmirəm".