“Yuventus”un yetirməsi “Qəbələ”də!
17.06.2011 - 23:52
“Qəbələ” növbəti transferini reallaşdırmaq üzrədir. Bu barədə apasport.az saytına komandanın baş meneceri Zaur Əzizov məlumat verib.
O bildirib ki, Zaqreb “Dinamo”sunun futbolçusu Luiz Paulo Hilario Dodo ilə 3 illik müqavilə bağlanacaq. 24 yaşlı hücumçu son mövsümü icarə əsasında Xorvatiyanın digər təmsilçisi “Lokomotiv”də keçirib və meydana çıxdığı 12 oyunda 2 qol vurub.
Rio-de-Janeyroda anadan olan Dodo karyerasına vətənində “Yuventus” klubunda başlayıb. 2009/10 mövsümündə Xorvatiyaya gələn futbolçunun legioner kimi ilk komandası “İnter” olub. Bu komandada 30 oyunda 9 qol vurmaqla, Zaqreb “Dinamo”suna keçib.
Bu gün “Acibadem” klinikasında tibbi müayinədən keçəcək Dodo “Qəbələ” ilə rəsmi müqaviləyə imza atacaq.

0
0