Oğruda insafa bax...
17.06.2011 - 23:58
"Fənərbaxça"nın uruqvaylı müdafiəçisi Dieqo Luqano xoşagəlməz hal yaşayıb. Apasport.az saytının xəbərinə görə, futbolçu vətənində soyulub. Luqanonun üzərindəki pullar və cib telefonu naməlum şəxslər tərəfindən oğurlanıb.
Amma Luqanonun ölkəsində kimsəsizlərə və yardıma ehtiyacı olan hər kəsə kömək göstərmək üçün daim çalışması, bu məqsədlə keçirilən oyunlardan heç bir zaman kənarda qalmaması soyğunçuları peşman edib. Ölkə mətbuatının yaydığı xəbərə görə, oğrular Luqanonun pullarını və cib telefonunu oğurladıqları yerin yaxınlığındakı evlərdən birinin qapısına qoyaraq oradan uzaqlaşıblar.

0
0