“Qarabağ”ın zədəliləri məşqə başladı
18.06.2011 - 09:18
“Qarabağ”ın zədəliləri məşqə başladı
Ağdamın “Qarabağ” klubu Türkiyədəki hazırlıqlarını davam etdirir. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun başçılığı ilə keçirilən məşqlərə zədədən sağalan futbolçular da qatılıb. Bunlar Qara Qarayev və Namiq Yusifovdur. Ayağındakı ağrı səbəbindən son 2 məşqi buraxan Qara artıq bu problemini arxada qoyub. Onunla yanaşı eyni səbəbdən son çalışmadan kənarda qalan Namiq də artıq sıraya dönüb.