Manuel Pelleqrini Bakıda parlayan futbolçunu nəzarətə götürdü
18.06.2011 - 11:05
Manuel Pelleqrini Bakıda parlayan futbolçunu nəzarətə götürdü
17 yaşadək futbolçular arasında Bakıda keçirilən “Caspian Cup” turniri İspaniya mətbuatının da diqqət mərkəzindədir. Apasport.az saytının məlumatına görə, pireneyli həmkarlarımız turnirin ən yaxşı futbolçusu seçilən Samu Kastilyexoua xüsusi yazı həsr edib. Onlar Bakıda parlayan futbolçunun parlaq gələcək vəd etdiyini düşünürlər. Bunu istedadın çıxış etdiyi “Malaqa” klubunda da yaxşı bilirlər: Klub bu futbolçunu heç hara buraxası deyil. O, “Malaqa”nın futbol akademiyasında qalacaq. Əsas komandanın baş məşqçisi Manuel Pelleqrini onu daim nəzarətdə saxlayır. 16 yaşlı Samunun əsas komandaya düşməsi hələ tez olsa da çalışdırıcı istedadın inkişafını diqqətlə izləyir.