“Mən bu komandanı adına görə seçdim”
18.06.2011 - 16:02
“Mən bu komandanı adına görə seçdim”
“MOİK-dən daha sərfəli təklif almışdım. Amma adına görə “Levski”ni seçdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun sabiq futbolçusu İvan Svetkov deyib.

2008-10-cu illərdə Azərbaycanda çıxış edən təcrübəli hücumçu Bolqarıstanın “Levski” klubuna keçidinə münasibət bildirib: “İki aydan sonra 32 yaşımın olmasının heç bir əhəmiyyəti yoxdur. Bu yaşda o qədər yaxşı oynayan futbolçular var ki. Baş məşqçimiz mənim yüksək səviyyədə oynaya biləcəyimi hiss etdiyindən məni transfer edib. Mən də onun etimadını doğrultmaq istəyirəm. Mənim üçün bu komandada oynamaq bir şərəfdir”.