“Qəbələ” ilə oyun “Parma”yla görüş qədər maraqlıdır”
18.06.2011 - 17:00
“Qəbələ” ilə yoxlama oyunu keçirmək bizim üçün çox yaxşıdır. Yüksək səviyyəli matç olacaq. Azarkeşlərimiz qarşılaşmanı bizdən daha çox gözləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri İngiltərənin “Luton Taun” klubunun məşqçisi Alan Neylson deyib.
Baş məşqçinin köməkçisi iyulun 27-də “Qəbələ”, avqustun 2-də İtaliya “Parma”sı ilə keçiriləcək yoldaşlıq oyunları haqda fikirlərini açıqlayıb. 39 yaşlı çalışdırıcının fikrincə bu 2 matça olan maraq arasında ciddi fərq yoxdur: “Qəbələ”nin heyətində yaxşı futbolçular var. Komandanın özü də yaxşı oynayır. Bizim istədiyimiz səviyyədə olan komandadır. Bu klubun rəsmi saytına baxıb komanda haqda məlumat topladıq. Rusiyaya qonşu olan ölkədə güclü və sürətli futbol oynayırlar. Məncə “Qəbələ” ilə oyun “Parma”yla görüş qədər maraqlı olacaq. Bu matçlar mövsümə tam hazırlaşmağa kömək etməlidir”.

0
0