Azərbaycan millisi kapitansız qaldı
19.06.2011 - 12:00
Azərbaycan millisi kapitansız qaldı
Boks üzrə milli komandamızın kapitanı Rəhim Nəcəfov Avropa çempionatında çıxışını başa vurub. Apasport.az saytının məlumatına görə, 56 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz ilk görüşdə son dünya çempionu Detelin Dalakliyevə uduzub.
Halbuki ilk raundda 2 dəfə rəqibini noqdauna salan Nəcəfov ilk hissəni 7:3 hesabı ilə öndə başa vurub. Amma növbəti iki raundda üstünlüyü əldən verən boksçumuz sonda məğlubiyyətlə barışmalı olub, 11:16.

Qeyd edək ki, Dalakliyev hələ 2003-cü ildə Tailandda keçirilmiş dünya çempionatında yarımfinalda Ağası Məmmədova uduzaraq, bürünc medal almışdı. Bolqarıstan təmsilçisi 2004-cü ildə qitə çempionatında gümüş, 2006-cı ildə isə bürünc medal qazanıb.